AZ

Pəhriz şəkərli diabet xəstələrinin müalicəsində ən önəmli rollardan birini oynayır - SN

Bakı. Trend:

Şəkərli diabet bir çox ciddi xəstəliklərin meydana gəlməsindərol oynayan və dünyanın hər yerində rast gəlinən bir xəstəlikdir.Bu barədə Səhiyyə Nazirliyi Elmi–Tədqiqat Tibbi Bərpa İnstitutununhəkim-endokrinoloqu Aygün Əliyeva deyib.

Trend AygünƏliyeva ilə müsahibəni təqdim edir:

- Aygün xanım, ilk öncə şəkərli diabet haqqında ümumi məlumatverərdiniz…

- Qanda şəkərin miqdarının çox olması bu xəstəliyin əsasgöstəricisidir.
Xəstəliyin səbəbi insulin hormonunun ifrazının hansısa səbəbdənkifayət qədər və ya heç olmaması, ya da toxumalarımızın insulinəqarşı rezistentlik hala gəlməsidir. Bir çox növü olan şəkərxəstəliyinin ən çox rast gəlinən və adətən 35-40 yaşdan sonraortaya çıxan tip 2 diabetdir. Diabetin bu növündə mədəaltı vəzindəinsulin ifrazı zamanı hüceyrələrdə olan insulin ifraz olunarkən,insulin reseptorlarının fəaliyyətsizliyi səbəbindən insulinhormonuna qarşı həssaslıq itir. Belə olan təqdirdə qlükoza insulintərəfindən hüceyrələrə daşına bilinmir və onun miqdarı qandaçoxalmağa başlayır. Bu vəziyyət ağız quruması, çəki itkisi, bulanıqgörmə, ayaqlarda uyuşma, dəridə quruluq, tez-tez sidiyə getmə, çoxsu içmək və yeməyə meyillik kimi simptomlarla təzahür edir.

- Bu xəstəliyin səbəbləri hansılardır?

- Şəkərli diabet xəstəliyi genetik və ətraf mühit amillərininbirlikdə təsiri ilə müəyyən edilib. Əsas Tip 1 diabet və Tip 2diabet olaraq şəkər xəstəliyinin yaranma səbəbinin növünə görəfərqlilik göstərir.
Tip 1 diabet xəstəliyində genetik faktorların rolu yüksək olsa da,qanda şəkərin tənzimləməsində rol oynayan insulin hormonu ifrazedən mədəaltı vəzinə zərər verən viruslar və immun sistemin yaxşıişləməməsi də xəstəliyə səbəb olan faktorlar arasındadır.
Tip 2 diabetin səbəbləri arasında çəkinin həddindən artıq çox,valideynlərində şəkər xəstəliyinin olması, hərəkətsiz həyat tərzivə stres aiddir.

- Doktor, insulin dirənci nədir?

- İnsulin mədəaltı vəzində “Langerhans” adacıqlarında yerləşən βhüceyrələri tərəfindən ifraz olunur. Əsas funksiyası qanda şəkərinmiqdarının normal səviyyəsini təmin etməkdir. Qanda şəkərinhüceyrəyə daxil olmasını isə insulin hormonu təmin edir. Eynizamanda, insulin hüceyrələrinin ehtiyacından daha çox olan şəkəriyağa çevrilib depolayan bir hormondur. Bu səbəbdən qanda insulinsəviyyəsi yüksək olan insanlarda piylənmə müşahidə olunur.
Əvvəlcə qəbul olunan çox miqdarda şəkərə qarşı cavab olaraq küllimiqdarda insulin ifraz olunur. Bu zaman həmin şəxslərdə aclıq hissiyaranır. Şəkərli və undan hazırlanan qida qəbul etdikdə həminşəxslər tez bir zamanda acırlar. Külli miqdarda ifraz olunaninsulinin köməyi ilə hücəyrələrə həddən artıq şəkərin daxil olmasıhəmin hücəyrələrin normal fəaliyyətini pozur. Müdafiə reaksiyasıolaraq hücəyrə membranında yerləşən insulin reseptorları insulinəqarşı dirənc göstərməyə və insulinə cavab verməməyə başlayır.Hüceyrədə qandakı insulinə qarşı sanki bir divar yaranır və budirənc “rezistentlik” adlanır. Nəticədə Tip 2 şəkərli diabetmeydana gəlir.
İnsulin dirənci vaxtında müalicə olunmursa, piylənmə, hipertoniya,ürək–damar xəstəlikləri, qaraciyər piylənməsi, artıq çəki, çəkiitirmənin çətin olması, tez-tez acma, gec doyma hissi, şirniyyataqarşı xüsusi həvəs kimi hallara yol aça bilir.

- Şəkərli diabetin müalicə necə aparılır?

- Pəhriz müalicənin 80 faizini təşkil edir. Qidalanmavərdişlərinin dəyişdirilməsi, qlisemik indeksi (Gİ) aşağı olan, azkalorili, lifli, rafinə olunmamış məhsulların istifadəsiməsləhətdir.
Müntəzəm şəkildə edilən fiziki aktivlik (sürətli gəzinti, üzgüçülükvə s.), gündə 30-40 dəqiqə sürətli gəzinti məsləhət görülür. Buzaman 1 dəqiqədə 100-120 addım atmalı, zamanla 140-açatdırılmalıdır. Ürək döyuntulǝri 100-ə çatmalı, tənəffustezləşməlidir ki, metabolizma sürətlənsin.
Müalicǝyə gəldikdə isə sadəcə sağlam qidalanma və idmanla insulindirǝnci 50-60 faiz hallarda düşür. Ancaq, bəzən diabet riski yüksəkolan xəstələrdə hüceyrələrin bədəndə olan insulinə qarşıhəssaslığını artırmaq üçün dərman müalicəsinə də ehtiyac olur. Qeydetmək lazımdır ki, bu yalnız həkim tərəfindən təyinolunmalıdır.

- Şəkərli diabet xəstələri ücün qidalanma necə olmalıdır?

- Pəhriz şəkərli diabet xəstələrinin müalicəsində ən önəmlirollardan birini oynayır. Hətta ən müasir dərmanları qəbul edən,lakin pəhriz saxlamayan diabet xəstəsi heç zaman öz xəstəliyinəlazım olan səviyyədə nəzarət edə bilmir.
Xəstə mütləq və dəqiq bilməlidir ki, hansı qidaları qəbul edəbilər, hansı qidaları yox və bu qaydalara ciddi riayət etməlidir.Şəkərli diabetin yüngül formalarında yalnız pəhrizin köməyi iləşəkərin səviyyəsini normada saxlamaq mümkündür.
Şəkərli diabet xəstəliyi olan insana ac qalmaq olmaz, çünki bu,qanda şəkərin kəskin enməsinə səbəb olur. Bunun nəticəsində xəstəkoma vəziyyətinə düşə bilər. Qidanı gündə 5-6 dəfə olmaqla kiçikporsiyalarla qəbul etmək lazımdır. Adi şəkər və fruktozaqidalanmadan tam çıxarılmalıdır. Tərkibində şəkər və fruktoza olanqənnadı məmulatları da belə xəstələr üçün əks-göstərişdir. Hazırdafruktoza da diabet xəstələri üçün uyğun məhsul sayılmır.
Tərkibində xüsusi şəkər əvəzediciləri olan (sorbit, ksilit,aspartam, saxarin və s.) məhsullar da şəkərli diabet xəstələri üçüntam ziyansız adlandırmaq olmaz. Bu məhsullar kiçik miqdarlarda vəyalnız nadir hallarda qəbul edilə bilər. Konfetlər, peçenye,mürəbbə, cem, şokolad, dondurma rasiondan çıxarılmalıdır. Bal çoxfaydalı məhsuldur, lakin diabet xəstələri bu məhsuldan imtinaetməlidir. Yağlı və qat-qat xəmirdən hazırlanan un məmulatları qətişəkildə əks-göstərişdir.
Həmçinin, təbii meyvə şirələri də qidalanmadan tam çıxarılmalıdır.Spirtli içkilər şəkərli diabet xəstələri üçün əks-göstərişdir. Qaraçörək qəbul etmək olar, ağ çörək isə əks-göstərişdir.

- Diabet xəstələri hamiləlik dövründə nəyi nəzərəalmalıdırlar?

- Hestasion şəkərli diabet (HŞD) – əvvəllər diabeti olmayanqadında hamiləlik zamanı ilk dəfə əmələ gələn və ya aşkar olunandiabetin bir növüdür. Bəzi qadınlarda HŞD gələcək hamiləliklərdə dəmüşahidə oluna bilər.
Adətən diabet hamiləliyin ortasında, 24-28-ci həftələr arasındamüayinə zamanı aşkarlanır. Bir çox hallarda HŞD sağlam qida vəmüntəzəm idman məşğələləri ilə idarə oluna bilər. Bəzən isəhestasion şəkərli diabetin insulinlə müalicə olunması tələbolunur.
HŞD olan qadınlara müntəzəm həkim nəzarəti tövsiyə olunur.Hestasion şəkərli diabeti olan hamilələr mama-ginekoloqun və eynivaxtda endokrinoloqun nəzarətində olmalıdırlar. Qəbula təyin edilənvaxtdan əlavə olaraq, hansısa bir narahatlıq və ya əlamətlərolduqda da müraciət etmək vacibdir. Eyni zamanda, onlar sağlamqidalar qəbul etməlidirlər. Dietoloq qida qəbulunun düzgünplanlaşdırılmasına köməklik edə bilər.
Müntəzəm idman məşqləri qanda şəkərin tənzimlənməsinin daha biryoludur və qida qəbulunu tarazlaşdırmağa kömək edir. Həkimmüayinəsindən keçdikdən sonra hamiləlik zamanı və doğuşdan sonra damütəmadi idman edilməlidir. Ən azı həftənin beş günü gündə 30dəqiqə ərzində mülayim intensivliklə fiziki hərəkətlər edilməlidir.Bu, cəld piyada gəzinti, üzgüçülük və ya uşaqlarla fəal oyunlar olabilər.
Hamiləlik zamanı orqanizmdə baş verən dəyişikliklər onun enerjiyətələbatını artırır. Buna görə də qanda şəkərin səviyyəsi tez-tezdəyişə bilər. Bu səbəbdən hestasion şəkərli diabeti olan qadınlarqanda şəkərin səviyyəsini evdə qlyukometrlə gündə 1-2 dəfəölçməlidirlər.

Məqalədə:
Seçilən
12
26
az.trend.az

10Mənbələr