Bədənimiz saat kimi işləyən mürəkkəb bir sistemdir və onun düzgün fəaliyyət göstərməsi üçün müxtəlif vitaminlərə ehtiyacı var. Çox vaxt yorğunluq, saç tökülməsi, dəri problemləri və ya əhval-ruhiyyənin dəyişməsi kimi gündəlik şikayətləri stress və ya yorğunluqla əlaqələndiririk. Halbuki, bu əlamətlər bədəndə müəyyən vitamin çatışmazlığının göstəricisi ola bilər. Bəs hansı vitamin çatışmazlığı özünü necə biruzə verir?
Turkustan.az Yenisabah.az-a istinadla müxtəlif vitaminlərin çatışmazlığının simptomları haqqında ətraflı məlumatı təqdim edir:
Vitamin A çatışmazlığı
Göz sağlamlığı, immun sistemi və dəri üçün vacibdir.
Əlamətləri:
Gecə görmənin zəifləməsi (toyuq korluğu);
Dərinin quruması və qabıq verməsi;
İmmunitetin zəifləməsi və tez-tez xəstələnmə;
Saçların cansız və quru olması.
B qrupu vitaminləri (B1, B2, B3, B6, B12 və s.)
Sinir sistemi, metabolizm və enerji istehsalı üçün vacibdir.
Əlamətləri:
Daimi yorğunluq və halsızlıq (B12, B1 çatışmazlığı);
Dodaqlarda çatlar, ağız kənarında yaralar (B2 çatışmazlığı);
Sinir sistemində problemlər: əsəbilik, depressiya, diqqət yayınması (B6, B12 çatışmazlığı);
Qansızlıq (anemiya), xüsusilə B12 çatışmazlığı zamanı.
Vitamin C çatışmazlığı
İmmunitet üçün güclü dəstəkçi, dəri və damar sağlamlığı üçün vacibdir.
Əlamətləri:
Tez-tez soyuqdəymə və infeksiyalar;
Diş ətlərinin qanaması və dişlərin zəifləməsi;
Yaraların gec sağalması;
Dərinin solğun və cansız görünməsi.
Vitamin D çatışmazlığı
Sümük sağlamlığı və immun sistemi üçün əsasdır.
Əlamətləri:
Sümüklərdə və əzələlərdə ağrılar;
Tez-tez yorğunluq və əhval-ruhiyyənin düşməsi;
İmmunitetin zəifləməsi;
Uşaqlarda raxit, böyüklərdə osteoporoz riski.
Vitamin E çatışmazlığı
Güclü antioksidantdır, hüceyrə yenilənməsi və dəri sağlamlığı üçün vacibdir.
Əlamətləri:
Dərinin və saçların quruması;
Görmə problemləri;
Əzələ zəifliyi və koordinasiya problemləri;
İmmunitetin zəifləməsi.
Vitamin K çatışmazlığı
Qanın laxtalanması və sümük sağlamlığı üçün əsasdır.
Əlamətləri:
Xırda zədələrdən sonra uzun müddət qanaxma;
Bədəndə asanlıqla göyərmələrin əmələ gəlməsi;
Sümük zəifliyi və sınıq riskinin artması.
Fol turşusu (B9) çatışmazlığı
DNT sintezi və qırmızı qan hüceyrələrinin istehsalı üçün vacibdir.
Əlamətləri:
Qansızlıq (anemiya) və başgicəllənmə;
Hamiləlik zamanı dölün inkişaf problemləri;
Yorğunluq, zəiflik və diqqət problemləri;
Ağızda yaralar və dilin qızarması.