AZ

Hücum zamanı onu qoruyana yüksək vəzifə verdi - FOTO

ABŞ prezidenti Donald Tramp 2024-cü il iyulun 13-də Pensilvaniya ştatında keçirilən kampaniya mitinqində sui-qəsd cəhdi zamanı onu qoruyan Şon Karranı Məxfi Xidmətin yeni direktoru təyin edib.

News24.az  xəbər verir ki, bu barədə Tramp “Truth Social”dakı səhifəsində məlumat yayıb.

“Karran Pensilvaniyada sui-qəsd cəhdi zamanı məni qorumaq üçün öz həyatını riskə atanda cəsarət göstərdi. Mən tam əminəm ki, Şon Birləşmiş Ştatların Məxfi Xidmətini əvvəlkindən daha güclü edəcək”, - Tramp qeyd edib.

Digər departament və hökumət vəzifələrindən fərqli olaraq, Məxfi Xidmət Direktorunun təyin edilməsi Senatın təsdiqini tələb etmir.

Xatırladaq ki, 13 iyul 2024-cü ildə Pensilvaniya ştatının Butler şəhərində mitinqdə çıxış edən Trampa silahla hücum edilib. Mitinqin bir iştirakçısı həlak olub, ikisi yaralanıb. ABŞ Məxfi Xidməti hücumçunun zərərsizləşdirildiyini bildirib.

FTB hücumu sui-qəsd cəhdi kimi xarakterizə edib. Hücum cəhdini həyata keçirən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğu müəyyən edilib.

Cəhddən sonra Gizli Xidmət "uğursuzluq və zəif ünsiyyət" üçün ciddi şəkildə tənqid edilib.

Aynurə



Seçilən
18
50
news24.az

10Mənbələr