Qara dənizdə tankerlərin qəzaya uğraması nəticəsində ətrafa mazut tullantıları yayılıb.
News24.az xəbər verir ki, qəzadan sonra insanlar dənizdən tutulan balıqlara qarşı həssas davranmağa başlayıblar.
Qeyd edək ki, ötən ilin dekabrında Qara dənizdə baş verən fırtına nəticəsində “Volqoneft-212” və “Volqoneft-239” adlı iki tanker qəzaya uğrayıb. Tankerlərin qəzaya uğraması nəticəsində Qara dənizdə neft sızması baş verib.
Qara dənizdə ov mövsümü davam edir, lakin qəzaya uğrayan tankerlərdən neft sızması nəticəsində balıq ovlanmasında çətinliklər yaranıb.
Məlumata görə, 2025-ci il yanvarın 1-dən yanvarın 13-dək olan dövrdə balıqçılar müxtəlif növlərdən mindən çox balıq tutublar ki, bu da bir il əvvəlkindən 46 faiz azdır. Tanker qəzaları və mazut dağılması səbəbindən təmiz balıq əldə etmək çətinləşib.
Adiyyatı qurumlar hər gün analizlər aparırlar.
Eyni zamanda, qəzadan sonra balıqçılar ənənəvi ov məntəqələrindən uzaq düşüblər.
Hazırda prosesin sağlam istiqamətdə tənzimlənməsi ilə bağlı vacib addımlar atılır.
Ağa Dadaşzadə