Yenidən qurulan istehsalat obyektlərində, o cümlədən sənaye parklarında və sənaye klasterlərində yerləşən tikililərin torpaq sahələrinin baş planlarında mühəndis və nəqliyyat kommunikasiyasının yerləşməsi, funksional və planlaşdırma zonalarının nizamlanması nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
İstehsalat obyektlərinin bina və qurğularının, o cümlədən mühəndis kommunikasiyalarının arasındakı məsafələr bu Normaların cədvəl 7.2-nin və AzDTN 2.6-1-in tələblərinə müvafiq olmalıdır.