Material və konstruksiyaları, həmçinin texnoloji prosesləri yanma ehtimalını istisna edən bina və qurğulara yanğınsöndürən maşınlar üçün giriş yolları nəzərdə tutulmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları”nda əksini tapıb.
İstehsalat obyektinin torpaq sahəsində avtomobil girişlərində darvazaların eni tətbiq olunan avtomobillərin ən böyük en ölçüsünə 1,5 m əlavə edilməklə, lakin 4,5 m-dən az olmayaraq, dəmir yolu girişlərində isə 4,9 m-dən az olmayaraq qəbul olunmalıdır.