AZ

Hadise ona “Tərbiyəsiz və görməmiş” deyən aparıcıları məhkəməyə verdi

Məşhur müğənni Hadise Açıkgöz onu təhqir edən aparıcıları məhkəməyə veürib.

Yenisabah.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, aparıcı Ahmet Çakar sənətçi haqqında "Hadise tərbiyəsiz və görməmiş bir qadındır" sözlərini söyləyib.

Rza Zərrabın toyunu müzakirə edən digər aparıcılar Bilal Özbilge, Bilal Özcan, Pınar Eliçe və Didem Delen də Hadise haqqında nalayiq ifadələr işlədiblər.

Sənətçi Ahmet Çakarı və digər aparıcları məhkəməyə verərək onlardan yüksək məbləğli təzminat tələb edib.

Hadisenin vəkilinin məhkəməyə təqdim etdiyi iddianamədə deyilir:

"Bu, müvəkkilimin hüquqlarına və şəxsi həyatına təcavüzdür. Pop ulduz ardıcıl olaraq təhqirə və böhtana məruz qalır".

 

 


Telegram kanalımız
Seçilən
22
50
yenisabah.az

10Mənbələr