İranın İsfahan şəhərində təhlükəsizlik məmurları 10 bəhai qadını həbs edib.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, yanvarın 22-də təhlükəsizlik məmrları qadınların evlərnə hücum edərək onları özləri ilə aparıb.
Saxlanılan bəhai xanımların hər biri bundan əvvəl 5 il həbs və maddi cəzaya məhkum ediliblər.
Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran konstitutsiyası bəhai dinini rəsmən tanımır.
İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai dininə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.
visiontv.az