“Fararu” saytı xəbər verir ki, İranın Radio və Televiziya Şirkətinin rəhbəri Peyman Cəbəli bildirib ki, İsraildə iranlı jurnalist saxlanılıb.
Peyman Cəbəli kimliyi barədə məlumat vermədiyi jurnalistin Qəzzada deyil, İsraildə həbs edildiyini desə də, jurnalistin orada nə etdiyi barədə açıqlama verməyib. Onun sözləribə görə, jurnalistin ailəsi məsələnin ictimailəşməsini istəmədiyi üçün bu barədə mediaya heç bir xəbər verilməyib.
Cəbəli qeyd edib ki, jurnalistin sərbəst buraxılması və İrana qaytarılması üçün proseslər davam etdirilir.
visiontv.az