AZ

"Bu arzuya nail olduğum üçün sevincliyəm" - Elvin Camalov

"Neftçi" kimi tarixi zəngin olan və böyük bir klubda olmaq böyük hissdi. Çox həyəcanlıdı. İnşallah, bu həyacanı yenib, komanda üçün faydalı olmağa çalışacağam".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Elvin Camalov klubun mətbuat xidmətinə verdiyi açıqlamasında deyib. O, "ağ-qaralar"ın uğurlara nail olması üçün çalışacağını bildirib:

"Ümid edirəm və inanıram ki, "Neftçi" daha yuxarı yerlərdə olacaq. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. Daha yaxşı nəticələr qazanmaqda mən də pay sahibi olmaq üçün ən yaxşısını edəcəyəm. Hər bir futbolçunun arzusu olduğu kimi, mən də bu arzuya nail olduğum üçün sevincliyəm".

29 yaşlı yarımmüdafiəçi Bakı klubunda olmağın böyük məsuliyyət olduğunu bildirib:

"Bu, bir arzu, sevinc olduğu kimi də, burda olmaq böyük məsuliyyət də tələb edir. Çünki burda azarkeşlərin istəyi və gözləntiləri daim yuxarılardı. Mən də azarkeşlərə dəstəklərini əsirgəməməklərini söyləmək istəyirəm. İnanıram ki, azarkeşlər də "Neftçi"ni sevdiyi kimi, hər bir futbolçuya qiymət verdiyi kimi, mən də "Neftçi" camiəsinin əsas və sevilən futbolçusu olaraq dəstəklərini davam etdirməklərini gözləyirəm.

Çünki "Neftçi" böyük camiədi. İnşallah, uğura nail olacağıqsa, bir yerdə edəcəyik. Düşünürəm, əsas məqsədimiz çempionatda oyundan oyuna 3 xalları qazanıb maksimum yuxarı qalxmaq və ölkə kubokunun qalibi olaraq avrokuboklara vəsiqə qazanaqdı".
Seçilən
1
39
football-plus.az

10Mənbələr