“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Apasport.az saytının əldə etdiyi məlumata görə, klub axtardığı forvardı Rumıniyada tapıb.
“Ağ-qaralar” Siyabonqa Nqezana ilə yaxından maraqlanır. Paytaxt klubu FKSB-nin hücumçusunu transfer etmək üçün işlərə başlayıb.
Cənubi Afrika Respublikasından olan futbolçu bu gün “Qarabağ”la görüşdə meydana çıxa bilər. Bildirilir ki, “Neftçi” skautları bu gün onu stadionda canlı izləyəcək.
Forvardın transfer dəyəri 2,2 milyon avro olaraq qiymətləndirilir. O, bu mövsüm çıxdığı 23 matçda 1 qolla yadda qalıb.
Qeyd edək ki, “Qarabağ” – FKSB matçı bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Millimizin yekun heyəti açıqlanıb
“Qarabağ” üçün son şans - YENİLƏNİR
Elvin Camalov: “Neftçi” kimi klubda olmaq şərəfdir”
Coyskin Dave: “Qarabağ” matçın favoritidir”
Qurban Qurbanovdan rumıniyalı məşqçilərə məsləhət