AZ

Tacikistanın MDB sədrliyi müddətində əsas diqqət sənaye sahəsində informasiya və təcrübə mübadiləsinə yönəldiləcək

Bakı. Trend:

Tacikistanın MDB sədrliyi müddətində əsas diqqət sənayesahəsində informasiya və təcrübə mübadiləsinə yönəldiləcək.

Trend xəbərverir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmonsəfirlikdə Tacikistanın 2025-ci ildə MDB sədliriyinə həsr olunmuşbrifinqdə bildirib.

“Sənayeyə prioritet diqqət ayrılacaq. Bununla əlaqədar, mövcudistehsalat zəncirlərindən istifadə etməklə əsas diqqət məlumat vəən yaxşı təcrübələrin mübadiləsinə, iqtisadiyyatın real sahələriüçün yüksək ixtisaslı kadrların hazırlanmasına, yeni texnogiyalaristiqamətində əməkdaşlığın inkişaf etdirilməsinə, həmçininistehsalat texnologiyalarının müasirləşdirilməsinə və istehsalatklasterlərinin fəaliyyəti üçün lazımı şəraitin yaradılmasınayönələcək. Bu ölçülər rəqabət qabiliyyəti olan və yüksək əlavədəyərə malik elmtutumlu innovasiyaların istehsal həcmlərininartırılması və ixracına, o cümlədən onların üçüncü dövlətlərixracına hədəflənib", - deyə səfir bildirib.

O, MDB üzv dövlətlərinin Sənaye Kooperasiyasının İnkişafıKonsepsiyası və MDB ölkələrinin Sənaye Kooperasiyasının İnkişafıüzrə Tədbirlər Kompleksinin gerçəkləşdirmə prosesinin 2030-cu iləqədər davam etdiriləcəyini vurğulayıb.

"Maşınqayırma və ağır sənaye sahələrində əməkdaşlığın daha dainkişaf etdirilməsi məqsədilə göstərilən səylər, bu sahələrininkişafı üzrə əməkdaşlıq haqqında Sazişin MDB Hökumət BaşçılarıŞurası tərəfindən razılaşdırılması və qəbul edilməsinəyönəldiləcək", - deyə İ. Abdurahmon əlavə edib.

Seçilən
5
7
az.trend.az

10Mənbələr