AZ

İlxom Abdurahmon: MDB-yə üzv dövlətlərin əsas intermodal nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması üzrə Strategiya hazırlanacaq

Bakı, 23 yanvar, AZƏRTAC

Biz MDB-nin İqtisadi İnkişaf Strategiyasının ikinci mərhələsinin həyata keçirilməsi üzrə 2026-2030-cu illər üçün əhatəli Fəaliyyət Planı layihəsinin hazırlanması, qarşılıqlı ticarətin həcminin artırılmasının daha da stimullaşdırılması, tədarük olunan malların çeşidinin genişləndirilməsi mexanizmlərinin və yollarının tapılması, Birlik üzvü olan dövlətlərdə istehsal olunan rəqabətqabiliyyətli məhsulların tətbiqi üçün dünya standartları və yeni texnologiyalara dair işlərə diqqət yetirəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Tacikistanın Azərbaycandakı səfiri İlxom Abdurahmon Tacikistan Respublikasının 2025-ci ildə Müstəqil Dövlətlər Birliyində sədrliyinə həsr olunmuş brifinqdə deyib.

Səfir Kiçik Biznesin Dəstəyi və İnkişafı üzrə Məşvərət Şurasının fəaliyyətini aktivləşdirmək yolu ilə kiçik və orta sahibkarlığın (KOB) inkişafının dəstəklənməsi və stimullaşdırılması istiqamətində tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Nəqliyyat sektoruna toxunan tacik diplomat beynəlxalq tranzit daşımalarında maneələrin daha da aradan qaldırılmasına və proqnozlaşdırıla bilən, şəffaf tarif siyasətinin həyata keçirilməsi üçün ümumi səylərin təşviqinə xüsusi diqqət yetiriləcəyini vurğulayıb.

“Sədrlik çərçivəsində MDB-yə üzv dövlətlərin əsas intermodal nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması üzrə Strategiyanın hazırlanması üzrə işlərə başlanılacaq. Bu prosesə BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının ekspertizası cəlb olunacaq”, -deyə səfir bildirib.

Seçilən
6
4
azertag.az

10Mənbələr