Cari mövsümün ilk dövrəsində Erlinq Holannın “Mançester Siti”ni yaxın gələcəkdə tərk edə biləcəyi haqda çox şayiə dolaşmışdı.
"Football-plus.az" xəbər verir ki, o, artıq belə söz-söhbətə birdəfəlik son qoyub.
Norveçli hücumçunun “Real”a keçə biləcəyi iddia edilirdi. Lakin Erlinq klubu ilə müqaviləsinin müddətini 9,5 illiyə artırıb. Başqa sözlə, o, MS-yə müqavilə ilə 2034-cü ilin yayına qədər bağlı olacaq. Bu kluba 2022-ci ildə Dortmund “Borussiya”sından transfer olunan 24 yaşlı futbolçu mavi formada meydana çıxdığı 126 oyuna 111 qol vurub və 15 məhsuldar ötürmə verib.
“Transfermarkt” saytı Holannın dəyərini 200 milyon avro qiymətləndirir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta