“Barselona” futbolçusu Qavinin müqaviləsini uzadacaq.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçinin sözləşməsi 2031-ci ilin yayına kimi artırılacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Qavinin sərbəstqalma məbləği 1 milyard avro olacaq.
Qavi bu mövsüm 19 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.