Son 24 saat ərzində cəbhədə 115 hərbi toqquşma qeydə alınıb. Ruslar ən çox hücumları Pokrovski, Limanski, Toretski və Kupyanski istiqamətlərində həyata keçiriblər.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Dünən düşmən 4 raketdən istifadə etməklə Ukrayna bölmələrinin və yaşayış məntəqələrinin mövqelərinə 2 raket zərbəsi, 74 hava zərbəsi endirib", - deyə məlumatda bildirilib.
Kupyansk istiqamətində işğalçılar gün ərzində 7 dəfə hücuma keçiblər. Ukrayna əsgərləri Lozovaya, Zaqrızovo və Petropavlovkada onların hücumlarını dəf ediblər.
Liman istiqamətində rus ordusu Perşotravnevoy, Novosergiyevka, Zelenaya Dolina, Kuzminoye, Zelyonnıy Qay, Zareçnı, Yampolovka və Serebryanski meşəsində müdafiəni yarmağa çalışaraq 11 dəfə hücuma keçib.
Kramatorsk istiqamətində ruslar Çasovoy Yar ərazisində 2 dəfə hücuma keçiblər.
Bildirilir ki, Pokrovski istiqamətində Ukrayna müdafiəçiləri Yaşıl tarla, Mirolyubovka, Yelizavetivka, Lisovka, Leontoviçi, Zvyozdnı, Pokrovsk, Novosergiyevka, Kotlinı, Andreevka, Şevçenko, Daçnı, Ulaklı və Yantar istiqamətində Rusiya Federasiyasının 62 hücumunu və irəliləyişini dayandırıblar.