AZ

Rusların beynəlxalq cinayəti: İstintaq başlayıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir

Donetsk vilayətində ruslar əsir düşmüş altı ukraynalı hərbçini güllələyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmaya başlayıb.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.

İlkin məlumatlara görə, Donetsk vilayətində Ukrayna hərbçilərinin mövqelərinə hücum zamanı işğalçılar Ukrayna Müdafiə Qüvvələrinin 6 hərbçisini əsir götürüb və sonra onları güllələyiblər.

Qeyd edək ki, hərbi əsirlərin edam edilməsi Cenevrə Konvensiyasının müvafiq müddəalarına görə ciddi pozuntudur və ağır beynəlxalq cinayət kimi təsnif edilir.

Hazırda cinayətin bütün hallarının və onu törətməkdə iştirak edən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Seçilən
14
50
publika.az

10Mənbələr