AZ

Trampın yenidən prezident seçilməsi dünyanın gəlişməsini fərqli istiqamətdə dəyişəcək - ÖZƏL

"Donald Trampın yenidən Amerika Birləşmiş Ştatlarının prezidenti vəzifəsinə başlaması, əslinə qalanda dünyanın gəlişməsini fərqli istiqamətdə dəyişəcək deyə ümidliyik".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Bu, daha çox Amerika Birləşmiş Ştatlarının, əvvəlki Bayden administrasiyasının ədalətsizliklərinin aradan qaldırılması baxımından bizim üçün maraqlıdır. Yəni dünyada müharibələrin dayandırılması, Birləşmiş Ştatlarının özünə dəxli olmayan ərazilərə burun soxmaması, ümumiyyətlə, xarici ölkələrin daxilində qarışdırıcılıq, pozuculuq fəaliyyətlərinin dayandırılması gözlənilir. Yəni Donald Tramp bu istiqamətdə açıqlamalar da verib. Zatən andiçmədən dərhal sonra etdiyi çıxışda bildirdi ki, biz Amerika Birləşmiş Ştatlarının içinə yönəlik fəaliyyətə üstünlük verəcəyik. Yəni Amerika Birləşmiş Ştatlarının özünü möhkəmləndirməsi, qorumasına üstünlük verəcəyik, xaricdə baş verənlərə əvvəlki kimi müdaxilə etməyəcəyik. Yəni bu sevindiricidir. Çünki bilirsiniz ki, bir çox ölkələrdə daxili təlatümlərin səbəbkarı, bir qayda olaraq Amerika Birləşmiş Ştatları olub və nəticədə də ayrı-ayrı xalqlar ciddi əziyyət çəkiblər, böyük zərərlərlə üzləşiblər. Bu baxımdan Donald Trampın yanaşması, əlbəttə, bizim üçün uyğun hesab edilə bilər, üstəlik də bunu Azərbaycan perspektivdən dəyərləndirəndə, biz xatırlayırıq ki, 2020-ci ilin 44 günlük Vətən savaşı günlərində də ABŞ prezidenti Donald Tramp idi və o bizim o ədalət müharibəmizə bu və ya digər şəkildə əngəl törətmədi, yetərincə loyal yanaşdı və Azərbaycan da öz torpaqlarını rahat bir şəkildə düşmən əlindən azad etmiş oldu. Bu baxımdan düşünürük ki, Donald Trampın indiki prezidentliyi dövründə də Azərbaycan illərdir həllini gözləyən bir sıra məsələləri rahat bir şəkildə həll edə biləcək və Amerika Birləşmiş Ştatları da bu məsələdə ən azından maneçilik törətməyəcək. İkinci bir tərəfdən də mümkündür ki, Azərbaycana yardımçı olsun. Hələ nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyevin də Donald Trampla yetərincə yaxşı münasibətləri var və əlbəttə ki, bu münasibətlər də növbəti başlanğıc üçün yaxşı bir əsas ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
10
olaylar.az

10Mənbələr