AZ

Şəhidin adını daşıyan məktəb illərdir təmir olunmur- ŞİKAYƏT

Cəlilabadda şəhid Elnur Hüseynovun adını daşıyan 1 saylı tam orta məktəb neçə illərdir ki, yararsız vəziyyətdədir. Bu barədə həmin məkətbdə iki övaldı təhsil alan valideyn Kamran  Kamiloğlu anews.az-a şikayətində bildirib.

Valideynin sözlərinə görə, məktəb 20 ildir o vəziyyətdədir.
 
"Bir neçə dəfə məktəb direktoruna müraciət etdim. Məktəb direktoru da rayon təhsil idarəsinə deyib. Sonradan təhsil nazirliyindən gəlib baxdılar. Məsələni həll edəcəklərini desələr də, görünən hal ortadadır. Üzərindən beş il il keçib, tədbir görən yoxdur. Mənim 2 övladım yararsız təhsil ocağında təhsil alırlar. Məktəb hər an uça bilər. Uşaqlarımı təhsilləri üçün müvəqqəti Bakıya gətirdim. Ancaq uşaqlar öz məktəblərində oxumaq istəyirlər. Qorxu ilə gedib gəlirlər. Məktəbdə təxminən 500-ə yaxın uşaq təhsil alır.",- valideyn bildirib.
 
Məsələ ilə bağlı Lənkəran-Astara regional təhsil idarəsi ilə əlaqə saxlamağa çalışsaq, da zənglərə cavab ala bilmədik.
 
Cəlilabadın həmin kəndində təxminən 7 min əhali yaşayr və iki məkətəb binası var. Mətbuatda gedən xəbərlərə görə, digər Göytəpə kənd məktəbi də yararsız vəziyyətdədir. Həmin məktəbdə təxminən 642 şagird təhsil alır. Məktəb binası 50 ildən çoxdur ki, istismardadır.
 
Aytac Zeynalova



www.anews.az
Seçilən
4
50
anews.az

10Mənbələr