Kiyevin məğlubiyyəti alyansın hərbi ehtiyaclar üçün hazırda ayırdığı əlavə milyardlarla dollara deyil, əlavə trilyonlarla dollara başa gələcək.
Bu barədə NATO-nun Baş katibi Mark Rütte Davosda keçirilən Ümumdünya İqtisadi Forumda Ukraynaya həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.
“Ukrayna məğlub olarsa, NATO-nun əlavə milyardlar deyil, trilyonlarla dollara ehtiyacı olacaq, - deyə o bildirib. – Bu halda Qərbin NATO-nu maddi cəhətdən təmin etməsi bizim burada müzakirə etdiklərimizin əksinə olaraq, daha yüksək qiymətə başa gələcək”.
O, barışıq haqqında az danışmağa, Ukraynaya daha çox silah göndərməyə, həmçinin Rusiyanın şərtləri altında atəşkəs əldə olunmasına imkan verməməyə çağırıb.
ZÜMRÜD