Ukraynanın Rusiya ilə münaqişədə məğlubiyyəti NATO-ya milyardlarla deyil, trilyonlarla əlavə dollara başa gələcək.
Bunu alyansın baş katibi Mark Rutte Davosda Dünya İqtisadi Forumu çərçivəsində Ukrayna mövzusuna həsr olunmuş tədbir zamanı deyib.
“Ukrayna uduzsa, NATO-nun çəkindirmə gücünün bərpası indiki qiymətdən qat-qat baha başa gələcək”, – o vurğulayıb. Yeri gəlmişkən, Rutte bu yaxınlarda Şimali Atlantika Alyansı ölkələrini “müharibə dövrünün tələblərinə cavab vermək üçün düşüncələrini dəyişməyə” çağırıb. O izah edib ki, NATO-nun müdafiəsini ona xərcləri artırmaqla gücləndirmək lazımdır.
//Samir Qurbanov, Editor.az