Liviyanın Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əl-Həddad rəsmi danışıqlar aparmaq üçün Ankaraya gəlib.
Türkiyənin Baş Qərargah rəisi ordu generalı Metin Gürak rəsmi qonağı kimi Ankaraya gələn Liviya Baş Qərargah rəisi ordu generalı Əl-Həddadi rəsmi mərasimlə qarşılayıb.
Qarşılanma mərasimindən sonra Baş Qərargah rəislərinin təkbətək görüşü olub.
Görüş zamanı hərbi əlaqələr, müdafiə sənayesi sahəsində əməkdaşlıq, regional və beynəlxalq hadisələr müzakirə edilib.