AZ

Xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlılarla bağlı yeni layihələrə start verilib

Bakı, 23 yanvar, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlılarla bağlı yeni layihələrə start verib.

Komitədən AZƏRTAC-a bildirilib ki, ilk növbədə xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlıların hansı ölkələrdə yaşamaları, nə vaxt həmin ölkələrə köçmələri və çalışdıqları sahələrlə bağlı müfəssəl məlumat toplandığı elektron baza yaradılıb və bu istiqamətdə sistemli iş davam etdirilir.

Bununla yanaşı, komitə xaricdə yaşayan Qərbi azərbaycanlıların həyatı, yaşayışı ilə bağlı xüsusi verilişlərin hazırlanmasına da start verib. Həmin verilişlər Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” proqramının xüsusi buraxılışları kimi hazırlanır və qurumun “Youtube” kanalı olan Diaspor TV-də və İctimai TV-də yayımlanır.

Qeyd edilib ki, bu il, həmçinin xaricdə yaşayan Qərbi azərbaycanlılarla silsilə müsahibələrin hazırlanması və komitənin internet radiosu olan Diaspor FM-də də yayımlanması nəzərdə tutulur.

Xatırladaq ki, komitə bu il İğdır və ya Qars şəhərində Şərqi Anadoluda yaşayan azərbaycanlı gənclərin forumun keçirməyi planlaşdırır və bu forum Qərbi azərbaycanlılarla bağlı iri layihələrdən biridir.

Seçilən
4
1
azertag.az

3Mənbələr