Bakı. Trend:
Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə yaşayan Qərbiazərbaycanlılarla bağlı yeni layihələrə start verib.
Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.
Bildirilib ki, ilk növbədə xarici ölkələrdə yaşayan Qərbiazərbaycanlıların elektron bazası yaradılıb və bu sahədə işsistemli şəkildə davam edir. Bazada Qərbi azərbaycanlıların hansıölkələrdə yaşamaları, nə vaxt həmin ölkələrə köçmələri vəçalışdıqları sahələrlə bağlı müfəssəl məlumat toplanır.
Komitə xaricdə yaşayan Qərbi azərbaycanlıların həyatı, yaşayışıilə bağlı xüsusi verilişlərin hazırlanmasına da start verib. Həminverilişlər Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil”proqramının xüsusi buraxılışları kimi hazırlanır və komitənin“youtube” kanalı olan Diaspor TV-də və İctimai TV-də yayımlanır. Bugünə kimi verilişlərin çəkilişləri ABŞ, Qazaxıstan, Türkiyə və birneçə başqa ölkədə aparılıb.
Bu il xaricdə yaşayan Qərbi azərbaycanlılarla silsiləmüsahibələrin hazırlanması və komitənin internet radiosu olanDiaspor FM-də də yayımlanması nəzərdə tutulur.
Xatırladaq ki, komitə 2025-ci ildə Şərqi Anadoluda yaşayanazərbaycanlı gənclərin forumunun təşkilini planlaşdırır və bu forumQərbi azərbaycanlılarla bağlı iri layihələrdən biridir. QərbiAzərbaycana Qayıdış Konsepsiyasına uyğun olaraq Şərqi Anadoludayaşayan soydaşlarımıza diqqətin artırılması məqsədi daşıyan forumunİğdır və Qars şəhərlərindən birində təşkil olunmasıplanlaşdırılır.