AZ

NATO Zelenski ilə razılaşmır, amma 50 minlik orduya "hə" deyir

Donald Trampın Ağ Evə qayıtması ilə Qərb qoşunlarının Ukraynaya göndərilməsinə marağı yenidən gündəmə gəlib və bu məsələyə diqqət artıb.

Ölkə.Az "Financial Times"a istinadən xəbər verir ki, Trampın Ağ Evə qayıtmasından sonra NATO qoşunlarının Ukraynaya yerləşdirilməsinin reallığa çevrilmə ehtimalı böyükdür.

Nəşrin yazdığına görə, ABŞ-ni Avropa təhlükəsizliyindən uzaqlaşdırmaq istəyən Tramp mümkün qədər tez atəşkəs əldə etmək istədiyini bildirib.

Kiyev isə müttəfiqləri güclü təhlükəsizlik zəmanəti verəcəyi təqdirdə razılaşmaya hazır olacağına işarə edib.

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Avropa Rusiyanı Ukraynaya qarşı effektiv çəkindirməni təmin etməkdə ciddidirsə, o zaman ən azı 200 min avropalı əsgər lazımdır. Amma Kiyev və Qərb tərəfdaşları arasında müzakirələrdə iştirak edən insanların fikrincə, Ukraynaya 40-50 min xarici hərbçi yetər.

Nəşr 40-50 avropalı əsgərin Ukraynada məqsədi və formatına gəldikdə yazıb ki, missiya üç məqsəd güdəcək: 
"Ukraynanı Qərbin dəstəyinə arxayınlaşdırmaq, Rusiyanı növbəti hücumdan çəkindirmək və ABŞ-yə Avropanın Ukraynanın təhlükəsizliyini təmin etməyə sadiq olduğunu göstərmək”.

NATO-nun keçmiş yüksək rütbəli rəsmisi Kamil Grandın fikrincə, 40 min nəfərlik ordu heyəti çox güman Böyük Britaniya, Fransa və Hollandiyanın başçılıq etdiyi xüsusi koalisiyanın, həmçinin Baltikyanı və Şimali Avropa ölkələrinin iştirakı ilə yaradılacaq.

Mürtəza
Ölkə.Az

Seçilən
10
50
olke.az

10Mənbələr