AZ

Zaxarova: Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq hələlik çətindir

ABŞ-nin yeni prezidenti Donald Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq hələlik çətindir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.


Onun sözlərinə görə, Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq çətindir. “Əvvəlki illərin təcrübəsi göstərir ki, qeyri-regional oyunçuların müdaxilə cəhdləri yaxşı heç nəyə gətirib çıxarmayıb".


Zaxarova qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləməkdə davam edir və hər zaman iki ölkəyə dəstək verməyə, vətəndaş cəmiyyəti təmaslarının inkişafına, kommunikasiyaların blokdan çıxarılmasına hazırdır.


"3+3 platformasına gəlincə, bu, Cənubi Qafqaz ölkələri arasında dialoqun qurulması üçün perspektivli mexanizmdir. Onun öz vəzifələri və məqsədləri, qarşılıqlı maraq doğuran sahələrdə ardıcıl inkişafı var. Bunun arxasında heç bir “kluar” gündəlik yoxdur. hər şey açıq şəkildə bəyan edilib” deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Seçilən
10
50
apa.az

10Mənbələr