Azərbaycanda iyirmi bir yaşına çatmış vətəndaşlara mülki odlu silah əldə etmək hüququ verilir.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Xidməti və mülki silah haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, Azərbaycanda 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mülki silah əldə etmək hüququ var.