AZ

Trampın Ukrayna cəbhəsində hansı addımlar atacağı çox maraqlıdır - ÖZƏL

"Kremlin hakimiyyət dairələrində təbii ki, Trampın prezident olaraq Ukrayna cəbhəsində hansı addımlar atacağı çox maraqlıdır". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

"Amerikada seçkilər başlayanda və Trampın favorit namizəd kimi təsdiqləndiyi vaxtlarda Kremldə Trampa böyük maraq vardı. Hətta seçkilər vaxtı şəxsən Putinin özü Kamala Harrisi dəstəklədiyini bildirsə də, hər kəs başa düşürdü ki, bu bir ironiyadır və Putin daha çox Trampın seçilməyini istəyir. İlk əvvəldən Kremldə Trampın seçilməsinə xüsusi bir simpatiya var idi və bu da görsənir ki, Trampın Ukrayna cəbhəsində hansı addımlar atacağının  Moskvanın xüsusi marağında olması ilə izah olunmalıdır. Amma Trampın inaqurasiyadan sonra atdığı bəzi addımlar Kremldəki bu inamın müəyyən qədər eyforiya olduğunu təsdiqləyir. Eyni zamanda, Trampın atacağı bəzi addımlar Kremldə ehtimallara görə müəyyən məyusluqlar yaradacaq. Çünki Tramp artıq Ukraynada müharibənin yekunlaşdırılmasının bir saylı vəzifə və imperativ olduğunu bəyan etsə də, bununla yanaşı, Ukrayna suveren dövlətinin mənafelərini və eləcə də Qərb dünyasının mənafelərini güzəştə getməyəcəyini nümayiş etdirir. Yəni Tramp bir tərəfdən göstərir ki, müharibənin dayandırılmasının tərəfdarıdır, o biri tərəfdən isə bu müharibənin Ukraynanın suverenliyi və Qərbin maraqlarının ziddinə yekunlaşdırılmasını qəbul etmir. Yəni həm Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü qorunsun, həm də müharibə bitsin. Trampın Ukrayna ilə bağlı yeridəcəyi siyasətin əsas tezislərini bunlardan ibarət görürəm. Bu tezislər çərçivəsində müharibənin nə qədər tezliklə dayandırılacağını isə söyləmək çox çətindir. Qəti inamıma görə, Tramp Ukrayna düşərgəsində Qərbin və Amerikanın maraqlarını güzəştə getmək fikrində deyil. Ona görə də müharibənin dayandırılması mövzusunda Rusiya ilə Ukraynanın uzun bir müddət anlaşa biləcəklərinə mənim ehtimalım zəifdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
50
olaylar.az

10Mənbələr