AZ

Trampdan daha bir radikal qərar- ABŞ qoşunları Avropadan çıxarılır...

Image

ABŞ prezidenti Donald Tramp vəzifəyə başlayan kimi bir çox sahə ilə bağlı radikal qərarlar qəbul edib. Tramp son olaraq, ABŞ-ın Avropadakı hərbi mövcudluğunu təxminən 20% azaltmağı planlaşdırdığını deyib. Bu da, 20 min əsgər deməkdir. Hazırda Avropada 100 min ABŞ əsgəri var

Qərar Vaşinqtonun Avropanı qorumaq üzrə öhdəliklərini yenidən nəzərdən keçirməsinin bir hissəsi kimi qəbul edilib. ANSA agentliyi Avropadakı diplomatik mənbəyə istinadən məlumat yayıb ki, Tramp qalan əsgərlər üçün Avropa ölkələrindən də maliyyə yardımı tələb edir. Çünki bu əsgərlər çəkindirici qüvvədir. Xərclərin yalnız Amerika vergi ödəyiciləri tərəfindən qarşılanması düzgün deyil.

Tramp ilk prezident dövründə, 2020-ci ilin iyulunda Almaniyanın NATO-nun müdafiə xərcləri hədəflərini yerinə yetirməməsi səbəbindən 12 min əsgərin bu ölkədən çıxarılacağını açıqlamışdı. Lakin 2021-ci ilin fevralında prezident Bayden qoşunları Almaniyadan çıxarmaq planını rəsmən dayandırdı.

2024-cü ilin sonuna olan məlumata görə, hazırda ABŞ-ın müxtəlif hərbi birləşmələrindən təxminən 100 min əsgər Avropada yerləşdirilib.

TAHİR





Seçilən
9
41
baki-xeber.com

10Mənbələr