BCM prokuroru “Taliban” liderlərinin həbsini tələb etdi
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) prokurorluğu “Taliban” liderlərinin həbsinə order verilməsini istəyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə prokurorluğun yaydığı bəyanatda deyilib.
““Taliban”ın ali lideri Haybətullah Axundzadənin və Əfqanıstan İslam Əmirliyinin baş hakimi Əbdül Hakim Həqqaninin cinsiyyətə görə təqiblə bağlı insanlığa qarşı cinayətlərə görə cinayət məsuliyyəti daşıdığını düşünmək üçün ağlabatan əsaslar var”, - məlumatda deyilib.
Xatırladaq ki, “Taliban” hərəkatı Əfqanıstanda 2021-ci ildə ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya qoşunlarının ölkədən çıxarılmasından sonra hakimiyyətə gəlib. Beynəlxalq təşkilatların dəfələrlə qeyd etdiyi kimi Əfqanıstanda hakimiyyət dəyişikliyindən sonra qadın hüquqları ilə bağlı vəziyyət xeyli pisləşib.