Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokuroru Kərim Xan Taliban liderləri Heybetullah Axundzadə və Əbdül Hakim Həqqaninin qadınlara qarşı törədilmiş insanlığa qarşı cinayətlərə görə həbsinə order verilməsini istəyib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, orderdən sonra Talibanın daxili işlər nazirinin müavini Məhəmməd Nəbi Öməri Beynəlxalq Cinayət Məhkəməsini ədalətsizlikdə ittiham edərək, Talibanın əvəzinə ABŞ və İsrailin mühakimə olunmalı olduğunu bildirib.
Baş Prokuror bildirib ki, iki lider ABŞ və İsrail ideoloji səbəblərə görə əfqan qadın və qızlarına sistematik təzyiqlər edib və Taliban administrasiyasının əleyhdarlarını sıxışdırmaq üçün qətl, işgəncə, zorlama və zorla yoxa çıxarma kimi cinayətlər törədiblər.
Bəyanatda vurğulanır ki, bu cinayətlər 2021-ci il avqustun 15-də Taliban Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra bütün ölkə ərazisində törədilib.
Hazırda məhkəmənin hakimlərinin bu tələbi dəyərləndirməsi və həbs qərarı verib-verməməsinə qərar verməsi gözlənilir.
Qeyd eək ki, qadınların orta və ali təhsildən tamamilə kənarlaşdırıldığı yeganə ölkə Əfqanıstandır.
Bir milyon yarım qız təhsildən uzaq saxlanılır, qadınların ictimai yerlərdə hərəkəti sərt məhdudiyyətlərlə qarşılanır.
Mikayıl