AZ

“Aztrade” hansı qaydaları pozub?

Dövlət Gömrük Komitəsi (DGK) “Aztrade” şirkətini inzibati məsuliyyətə cəlb edib.

Valyuta.az xəbər verir ki, şirkətə qaşrı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb.

İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Fevralın 5-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.

Qeyd edək ki, 485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Hüseyn

Seçilən
27
19
valyuta.az

10Mənbələr