“Hermano” şirkəti barəsində inzibati protokol tərtib edilib.
Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Fevralın 7-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.
İclas hakim Hafiz Kamranovun sədrliyi ilə keçiriləcək.
485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Abbas