Ukraynanın müharibədə məğlubiyyəti NATO-ya trilyonlarla dollara başa gələcək.
Sherg.az xəbər verir ki, bu sözləri NATO-nun Baş Katibi Mark Rutte İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, alyansın hazırkı hərbi xərclərini xeyli üstələyir.
“Ukrayna uduzsa, NATO-ya əlavə milyardlarla deyil, trilyonlarla dollar lazım olacaq. Bu halda çəkindirici gücün bərpası Qərbə və NATO-ya indi müzakirə etdiyimiz hər şeydən qat-qat baha başa gələcək“, - o bildirib.
”Biz müharibənin trayektoriyasını dəyişməliyik” deyən Rutte əlavə edib ki, Qərb “21-ci əsrdə bir ölkənin digər ölkəni işğal edib onu müstəmləkələşdirməyə çalışmasına icazə verə bilməz”.