“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda Rumıniya klubu FKSB ilə keçirəcəyi oyuna görə, yanvarın 23-dən 24-nə keçən gecə metronun iş rejimi 1 saat uzadılıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Beləliklə, Bakı metropoliteninin bütün stansiyaları gecə saat 01.00-dək açıq olacaq.
Qeyd edək ki, sözügedən matç bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21.45-də başlayacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta