AZ

“Qarabağ” uduzdu, cüzi olan pley-off şansını tam itirdi

Bu gün "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxır.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi evdə FCSB (Rumıniya) ilə qarşılaşır. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayıb. Oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edir.

Hazırda turnir cədvəlində FCSB 11 xalla 10-cu, "Qarabağ" isə 3 xalla 33-cüdür. 

Qurban Qurbanovun komandası pley-off şanslarını qorumaq üçün Rumıniya klubuna qalib gəlməlidir. 

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin son - 8-ci turunda Yunanıstan "Olimpiakos"unun qonağı olacaq.

Avropa Liqası, Liqa mərhələsi, 7-ci tur

21:45. "Qarabağ" (Azərbaycan) - FCSB (Rumıniya) - 2:3 

Qollar: Leandro Andrade, 1 (1:0), Şut, 7 (1:1), Nqezana, 41 - avtoqol (2:1), Mikulesku, 45+4 (2:2), Şut, 73 (2:3)

Hakimlər: Filip Qlova, Daniel Polaçek, Peter Bednar, Lukaş Dzivyak (Slovakiya)
Seçilən
11
21
sherg.az

10Mənbələr