AZ

Doktorantura təhsili ilə bağlı yeni təklif gələcək üçün nə vəd edir?

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Milli Məclisin Elm vətəhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin bu gün keçiriləniclasında təklif edib ki, Azərbaycanda doktorantura təhsilininsəviyyəsi birə endirilməlidir. Onun fikrincə, bu qanunun qəbuledilməsi təhsilimizin inkişafına öz töhfəsini verəcək.

Bu yerdə insanlar üçün qanunun məğzi olduqca maraqlıdır.Doktorantura təhsilinin səviyyəsinin birə endirilməsi nədir? Buqanun qəbul edilərsə, gələcək təhsil üçün nə vəd edəcək?

Mövzu ilə bağlı Trend-ə danışan təhsil eksperti QoşqarMəhərrəmov bildirib ki, burada söhbət doktoranturatəhsilinin dünyanın bir çox ölkəsində olduğu kimi, sadəcə birmərhələli olmağından gedir.

“Məlumdur ki, Azərbaycanda fəlsəfə doktoru, elmlər doktoru kimimərhələlər var. Yəni, köhnə adla desək, doktorantura, aspiranturavar. Bunu dəyişdirməyi tövsiyə edirlər. Bu dəyişiklik xüsusilə qeydetmək istəyirəm ki, gecikmiş bir dəyişiklikdir.

Çünki illərdir bu məsələ müzakirə olunur, ancaq bizə məlumolmayan, vətəndaşlara məlum olmayan səbəblərə görə həmişə yubanır.Dünyanın bir çox ölkəsində isə doktorantura təhsili bir mərhələliolaraq illərdir davam edir. Azərbaycanda doktorantura təhsili almaqbəlkə də dünyanın bir çox ölkəsində doktorantura təhsili almaqdandaha çətindir. Yəni bu, elmi cəhətdən daha çətin yox, prosedurcəhətdən daha çətindir. Azərbaycanda daha çox mərhələlər var.Prosedurlar, addımlar, fazalar var. Bu fazaların bir çoxuna gərəkyoxdur”, - o əlavə edib.

O qeyd edib ki, doktorantura təhsili universitetin verdiyitəhsildir və universitetin qurduğu heyət tərəfindən doktoranturatəhsili verilir.

"Nəticədə tələbə fəlsəfə doktoru elmi ünvanı alır. Bizdə isəməlumdur ki, universitetlər burada vasitəçi qurum kimi fəaliyyətgöstərir. Ali Attestasiya Komissiyası doktorantura diplomununverilməsini öz əlində saxlayır.

"Beləcə, bir mənada monopoliya yaranır. Düşünülür ki, bumonopoliya, yəni bu tək əldə saxlama keyfiyyəti qoruyur. Çünki zənnedilir ki, universitetlərə bu iş tamamilə verilsə, universitetlərbunu sui-istifadə edər. Əlbəttə ki, bu mənada baxdıqda iki qurum,yəni universitet deyir ki, bu iş mənə təhvil verilsin, mən özüm buişi icra edim. Ali Attestasiya Komissiyası deyir ki, yox,universitetə versək, bu işin keyfiyyəti düşər, ona görə də məniməlimdə qalmalıdır. Belə müxtəlif fazalar olmalıdır. Yəni buəslində, mənafelərin toqquşmasıdır. Əslində qarşılıqlı etibar,güvən, keyfiyyət olsa, keyfiyyətə nəzarət olsa, monitorinq olsa,əlbəttə ki, hər iki qurum bir-birinə etibar edəcək və etibarı dadoğruladacaq. Yekunda isə nəticədə yaxşı, keyfiyyətli kadrlar,fəlsəfə doktorları ortaya çıxacaq”,- deyə o əlavə edib.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədriİlqar Orucov isə Trend-ə bildirib ki, deputat Ceyhun Məmmədovunbu gün Milli Məclisdə doktorantura təhsili ilə bağlı səsləndirdiyifikirlər doğru yanaşmadır.

"Biz xarici təcrübəyə baxanda, Avropa təcrübəsi ilə yanaşandagörürük ki, Azərbaycanda doktorantura pilləsi onlardan fərqliolaraq iki pilləlidir. Yəni, fəlsəfə və elmlər doktoru pilləsindənibarətdir.

Beləliklə, bir insan doktoratura təhsili alır, fəlsəfə doktoruüzrə müdafiə edir, fəlsəfə doktoru elmi dərəcəsi alır, ikinci dəfətəzədən elmlər doktoru proqramı üzrə təhsil alır və elmlər doktoruolur. Düşünürəm ki, bu dəyişiklik həm də bu sahədə müəyyənyeniliklərin tətbiqinə gətirib çıxaracaq. Elmi təsir üçün həqiqətənfaydalı ola bilər.

Yəni, bir insan neçə dəfə gedib doktorantura oxumalıdır? Vəyaxud bir insan neçə dəfə elmi işini müdafiə etməlidir?

Hətta qonşu Türkiyə təcrübəsində belə bir dəfə müdafiə edirlər.İnsan bir dəfə müdafiə edir və daha sonra o elmi yaradıcılığınıdavam etdirir. Yəni, iki dəfə müdafiə etmək özü nə qədər ağır birprosesdir. Amma bu o demək deyil biz işləri yüngülləşdirəcəyik.

Hesab edirəm ki, biz bürokratik məsələləri yüngüləşdirəcəyik.Amma aktiv elmi fəaliyyətlə məşğul olan şəxs təbii ki, öztədqiqatlarını davam etdirəcək, öz elmi məqələlərini yazacaq.Tədqiqatlarının nəticələri olaraq elmi yeniliklərlə bağlıbeynəlxalq elmi jurnallarda, yerli elmi nəşrlərdə çap olunacaq. Vəyaxud adi təhsil müəssisəsində, elmi tədqiqat müəssisələrindəçalışacaq və s.

Yəni, bütünlükdə doktoranturanın bir mərhələli olması, birpilləli doktorantura sisteminə keçid bu sahədə olan vacibdəyişikliklərdən biridir. Zamanında bu təkliflə mən də çıxışetmişəm. Bu gün də fikirləşirəm ki, biz elmi fəaliyyət üçün oüfüqləri açmalıyıq, elmi mühiti sağlamlaşdırmalıyıq. Biz bürokratikəngəllər yaratmalı deyilik. O sağlam mühit formalaşacaqsa, eynizamanda yanaşma doğru olacaqsa, bu elm adamlarının fəaliyyətindəmüsbətə doğru dəyişikliklərin yer almasına gətirib çıxalacaq",-deyə o əlavə edib.

Seçilən
12
41
az.trend.az

10Mənbələr