Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bugünki çıxışında bildirib ki, Rusiya ordusunun hərəkətləri Vladimir Zelenskinin 2022-ci il sərhədlərinə qayıtmaqla bağlı "ultimatumlarına" ən yaxşı cavabdır. .
Sitat.info bu barədə TASS-a istinadən xəbər verir.
"Opponentlərimiz sakitləşmir. Nəinki hücumlar davam edir, hətta müxtəlif şifahi müdaxilələr, müxtəlif ultimatumlar verilir. İndi Ukraynalı siyasətçilər ölkəmizin konstitusiyasına baxmayaraq, artıq "2022-ci il sərhədlərinə qayıtmağa" razılaşıblar. Ultimatuma ən yaxşı cavab “silahlı qüvvələrin hərəkətləri və qələbədir”- Medvedev çıxışında vurğulayıb.
Rusiya prezidenti Vladimir Putin daha əvvəl demişdi ki, Moskva heç bir şərt qoymadan, lakin 2022-ci il İstanbul razılaşmaları əsasında və “mövcud reallıqlar əsasında” dialoq aparmağa hazırdır.
Məğrur,
Sitat.info