Təxminən 450 min nəfər hərbi xidmət üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Onun sözlərinə görə, bundan əlavə, 40 mindən çox Rusiya vətəndaşı könüllü birləşmələrə qoşularaq xüsusi hərbi əməliyyat (müharibə-red) zonasına yollanıb.
Medvedev qeyd edib ki, ötən il hər gün orta hesabla mindən çox Rusiya vətəndaşı müqavilə əsasında hərbi xidmətə gedib.