"Çelsi" Qazaxıstanın "Kayrat" klubunun futbolçusu Dastan Satpayevlə razılıq əldə edib.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
16 yaşlı qazaxıstanlı hücumçu ilə onun 18 yaşı olduqda 5 + 1 illik müqavilə imzalanacaq. Ona qədər futbolçu Almatı təmsilçisində icarə əsasında çıxış edəcək. Bu transfer üçün London klubu "Kayrat"a 4 milyon avro ödəyəcək.
Qeyd edək ki, Dastan Satpayev ötən il 12 oyuna çıxaraq 19 qol vurub və 7 qolun ötürməsini edib.