AZ

Kvaratsxeliya bu gün PSJ-də debüt edə bilər

style='margin-bottom:10px;'>

PSJ-nin yeni transferi Xviça Kvaratsxeliya bu gün komandada debüt edə bilər.

QOL.az xəbər verir ki, sol cinah yarımmüdafiəçisi Liqa 1-in 19-cu turunun "Reyms"lə matçı üçün heyətə daxil edilib. Görüş bu gecə keçiriləcək və Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Baş məşqçi Luis Enrike şans verərsə, 23 yaşlı futbolçu meydana çıxacaq.

Xatırladaq ki, yanvarın 17-də PSJ “Napoli” klubundan Kvaratsxeliyanı aldığını açıqlamışdı. Transfer məbləği 70 milyon avro olub.

Seçilən
31
26
teleqraf.com

10Mənbələr