Bakı. Trend:
UEFA Avropa Liqasının əsas mərhələsində VII turun daha 8 oyunukeçirilib.
Trend xəbər verirki, "Fənərbağça" Türkiyədə Fransanın "Lion" klubunu sınağa çəkib.Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonraxallarını 14-ə çatdıran qonaqlar 3-cü pilləyə yüksəliblər. Meydansahibləri isə 9 xalla 19-cu sırada yer alıblar.
Gecənin digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:
UEFA Avropa Liqası
Liqa mərhələsi, VII tur
23 yanvar
21:45. “Fənərbağça” (Türkiyə) - “Lion” (Fransa) - 0:0
21:45. “Qarabağ” (Azərbaycan) – FKSB (Rumıniya) - 2:3
21:45. “Malmö” (İsveç) - “Tvente” (Niderland) - 2:3
21:45. “Budyo Qlimt” (Norveç) - “Makkabi” (Təl-Əviv, İsrail) -3:1
21:45. “Portu” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan) -0:1
21:45. “AZ Alkmaar” (Niderland) - “Roma” (İtaliya) - 1:0
21:45. “Viktoriya” (Çexiya) - “Anderlext” (Belçika) - 2:0
21:45. “Hoffenhaym” (Almaniya) - “Tottenhem” (İngiltərə) -2:3
Qeyd edək ki, VII turun son 8 oyunu Bakı vaxtı ilə saat 00:00-dastart götürüb.