AZ

Joze Mourinyo Avropa Liqasının matçından əvvəl kuryoz hadisə ilə üzləşib

Bakı, 24 yanvar, AZƏRTAC

UEFA Avropa Liqasının əsas mərhələsində ötən gün Türkiyədə “Fənərbağça” ilə Fransanin “Lion” komandası arasında keçirilmiş VII tur matçında maraqlı hadisə baş verib.

AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, oyundan əvvəl meydan sahiblərinin baş məşqçisi Joze Mourinyo fransalı həmkarı Pyer Sajı köməkçisi ilə səhv salıb. Portuqaliyalı mütəxəssis qonaq komandanın çalışdırıcısının köməkçisinə yaxınlaşaraq söhbət etməyə başlayıb. Köməkçi Mourinyoya P.Sajı işarə edərək, baş məşqçi olmadığını izah etməyə çalışıb. Məhz bundan sonra 61 yaşlı çalışdırıcı fransalı mütəxəssisin yanına gedərək onunla salamlaşıb. Sonda onlar şəkil çəkdiriblər.

Xatırladaq ki, qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra xallarını 14-ə çatdıran “Lion” 3-cü pilləyə yüksəlib. “Fənərbağça” isə 9 xalla 23-cü sırada yer alıb.

 

Seçilən
1
3
azertag.az

10Mənbələr