AZ

Tramp Səudiyyə Ərəbistanından ABŞ-a 1 trilyon dollar sərmayə qoymasını istəyəcək

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının ABŞ iqtisadiyyatına 1 trilyon dollar sərmayə qoymağa razı olacağına ümid etdiyini bildirib.

TASS xəbər verir ki, o, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.

Tramp qeyd edib ki, bir sıra qəzetlər Səudiyyə Ərəbistanının Amerika iqtisadiyyatına ən azı 600 milyard dollar sərmayə qoymağı planlaşdırdığını yazıb.

O, vəliəhd şahzadə Məhəmməd bin Salmanın bu məbləği təxminən 1 trilyon dollara çatdırmasını təklif edib.

“Düşünürəm ki, onlar bunu edəcəklər, çünki biz onlarla çox yaxşı davranırıq” dedi Tramp.

DOĞRU.AZ

Seçilən
12
15
dogru.az

10Mənbələr