AZ

Səudiyyə Ərəbistanından ABŞ-a bir trilyon dollar sərmayə qoymasına ümid edirəm - Tramp

Prezident Donald Tramp Səudiyyə Ərəbistanının ABŞ iqtisadiyyatına bir trilyon dollar sərmayə qoymağa razı olacağına ümid etdiyini bildirib.

Olaylar.az-ın məlumatına görə, o, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxışı zamanı deyib.

Tramp qeyd edib ki, bir sıra qəzetlər Səudiyyə Ərəbistanının Amerika iqtisadiyyatına ən azı 600 milyard dollar sərmayə qoymağı planlaşdırdığını yazıb.

O, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsinin bu məbləği təxminən bir trilyon dollara çatdırmasını təklif edib. "Düşünürəm ki, onlar bunu edəcəklər", - deyə ABŞ lideri vurğulayıb.

Bundan əvvəl Amerika mediası Səudiyyə Ərəbistanının yaxın 4 il ərzində ABŞ iqtisadiyyatına təxminən 600 milyard dollar sərmayə qoymaq niyyətində olduğu barədə məlumat yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
3
olaylar.az

10Mənbələr