AZ

Trampın Davosdakı bəyanatlarından sonra neft qiymətləri ucuzlaşıb

ABŞ prezidenti Donald Trampın Davosda keçirilən Dünya İqtisadi Forumunda verdiyi açıqlamalar qlobal neft qiymətlərinin 1 faiz ucuzlaşmasına səbəb olub.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Brent markalı neftin mart fyuçers müqaviləsi 0,91 faiz ucuzlaşaraq 78,28 dollara, WTI markalı neftin mart fyuçers müqaviləsi isə 1,17 faiz azalaraq 75,56 dollara düşüb. Trampın çıxışından əvvəl hər iki neft növünün qiymətində cüzi dalğalanmalar müşahidə olunub.

Qeyd edək ki, Davos iştirakçılarına müraciət edən Tramp OPEK-dən neftin qiymətinin aşağı salınmasını xahiş etməyi düşündüyünü bildirib. O, bunun Ukraynadakı münaqişənin sona çatmasına töhfə verə biləcəyini iddia edib. Tramp vəzifəyə gəldikdən sonra ABŞ-da neft və qaz hasilatını artırmaq üçün enerji sektorunda fövqəladə vəziyyət elan edən fərman imzalayıb. O bildirib ki, bu vəziyyət enerji daşıyıcılarının qiymətlərinin aşağı salınmasına əsas yaradacaq.

//Gülnarə Abasova, Editor.az

Seçilən
2
28
editor.az

10Mənbələr