ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminə ilk zərbəsini vuraraq, faiz dərəcələrini aşağı salmaq üçün təzyiq tətbiq edəcəyini bildirib.

İndex.az xəbər verir ki, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda qlobal liderlər assambleyasına video vasitəsilə danışan yeni prezident geniş siyasət çıxışında FED-in adını çəkmədən, lakin daha aşağı faizlər axtaracağını açıq şəkildə ifadə etdi.

Tramp Davosdakı açıqlamalarında deyib: “Faizlərin dərhal aşağı salınmasını tələb edəcəm. Eyni şəkildə bütün dünyada faiz dərəcələri aşağı düşməlidir. Faiz dərəcələri hər yerdə eyni olmalıdır”.