AZ

Volodin: Putinin rəhbərliyi ilə Rusiya müstəqillik yoluna qədəm qoydu– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Rusiya hazırkı müstəqilliyini Vladimir Putinin rəhbərliyi altında əldə edib. Onun sözlərinə görə, 1990-cı illərdə ölkənin suverenliyi demək olar ki, itirilmişdi.

Volodin bəzi postsovet ölkələrinin Qərb təsiri nəticəsində müstəqilliyini itirdiyini vurğulayıb və Belarusun hazırkı lideri Aleksandr Lukaşenkonun suvereniteti qorumağa xüsusi önəm verdiyini qeyd edib.

O, Rusiya və Belarusun müstəqil qərarlar qəbul etdiyini, lakin birlikdə güclü ittifaq qurduqlarını bildirib. Volodin əlavə edib ki, Belarusda 26 yanvarda keçiriləcək prezident seçkilərini Rusiya nümayəndələri müşahidə edəcək və Avropa İttifaqının bu seçkilərə qarşı əvvəlcədən mənfi mövqe sərgilədiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
50
olaylar.az

10Mənbələr