AZ

Trampın Ukrayna siyasətində gözlənilməz dəyişiklik– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin yeni prezidenti Donald Tramp Ukrayna münaqişəsi barədə fərqli danışmağa başlayıb. Xarici KİV-lərin məlumatına görə, o, əvvəlki mövqeyindən geri çəkilərək Rusiyaya qarşı daha sərt mövqe sərgiləyir.

İnaqurasiyasından üç gün sonra, yanvarın 22-də, Tramp Rusiyanı xüsusi əməliyyatı dayandırmağa çağırıb və əks halda yeni sanksiyalar tətbiq edəcəyini bildirib. Halbuki seçkiqabağı o, münaqişəni tez bir zamanda həll edəcəyini vəd edirdi.

Kreml isə bərabərhüquqlu dialoqa hazır olduqlarını, lakin ABŞ-dən hələ heç bir siqnal almadıqlarını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
50
olaylar.az

10Mənbələr