AZ

"Gənclər" klubunun baş məşqçisi: "Azərbaycan çempionatı bu mövsüm daha güclüdür"

Bir neçə il əvvələ baxsaq, çempionat bu mövsüm daha güclüdür və komanda sayı artıb.

"Report" xəbər verir ki, bunu kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında çıxış edən "Gənclər" klubunun baş məşqçisi Cahangir Seyed Abbasi Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis komandanın hədəflərindən danışıb:

“Komanda gənc oyunçulardan formalaşıb. İlk dəfədir ki, ölkə çempionatında iştirak edirlər. Məqsədimiz gənclərin oyun təcrübələrini artırmaq və onları millilərə hazırlamaqdır. Bir neçə il əvvələ baxsaq, bu mövsüm çempionat daha güclüdür və komanda sayı artıb. Bu, çox yaxşı haldır. Güclü komandaların və təcrübəli oyunçuların iştirakı çempionatın səviyyəsini daha da artırır”.

Qeyd edək ki, "Gənclər" komandası 7 turdan sonra 1 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.

Seçilən
3
50
report.az

10Mənbələr